Bir milyon dollarım olsaydı
Bir milyon dollarım olsaydı — Qaraqan tərəfindən yazılmış roman.
== Məzmun ==
Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur.
Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyac bataqlığından xilas etmək istəyirdi.